TBMM Azərbaycana hərbi qüvvə göndərmək barədə qanunu qəbul edib
Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, parlamentin iclasında Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd TBMM-də səslənib.
Sənədin ikinci oxunuşundan sonra, mövzu ilə bağlı 8 millət vəkili çıxış edib.
TBMM-nin Ədalət və İnkişaf Partiyası (AKP), Miliyyətçi Hərakat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və İyi Partiya nümayəndələri qanun layihəsinin lehinə məruzə ediblər.
Çıxışlarda Azərbaycanın müzəffər ordusunun qələbəsindən, hakimiyyət, xalq və ordu birliyindən qürurla bəhs olunub.
Xalqların Demokrat Partiyasının (HDP) nümayəndəsi isə sənədin əleyhinə çıxış edib.
Müzakirələrdən sonra səsvermə keçirilib və layihə qəbul edilib.
Qeyd edək ki, qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə noyabrın 16-da TBMM-ə təqdim edilib. Qanuna görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”