Tarixçi-alim Teymur Bünyadov dəfn edildi
“Şöhrət” və “Şərəf” ordenli alim öldü
Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri Teymur Bünyadov 2-ci fəxri xiyabanda dəfn edilib.
APA TV xəbər verir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Teymur Bünyadovun dəfn mərasiminə əklil göndərib.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri - AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, professor Qəzənfər Paşayev, akademik Şahin Mustafayev, filologiya elmləri doktoru Şirindil Alışanov, Milli Məclisin deputatları - Səməd Seyidov, Ceyhun Məmmədov, akademik Nizami Cəfərov və digər şəxslər iştirak edib.
Çıxış edən natiqlər akademikin Azərbaycan elminə töhfələrindən, elmi-pedaqoji və ictimai fəaliyyətindən danışıblar.
Bildirilib ki, Teymur Bünyadov Respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində tarix elmləri doktoru dərəcəsini almış ilk alim olub.
Xatırladaq ki, alim Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində anadan olub. Tarixçi-etnoqraf, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, YAP-ın üzvü, Milli Məclisin I çağırış deputatı, “Şöhrət” və “Şərəf” ordenləri laureatı Teymur Bünyadov ötən gün axşam saatlarında, 94 yaşında vəfat edib.
Fuad Sadıqov,
Kamran Namazov,
APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ