Tanınmış müğənni Səlim Müslümovun cinayət işi üzrəDİNDİRİLİB
Müğənni Dəniz Əsədova sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dindirilib.
Bu barədə Lent.az-a müğənni özü məlumat verib.
O qeyd edib ki, saxta əlillik düzəltmək adı ilə vətəndaşlardan pul alınması faktı üzrə istintaqın suallarını cavablandırıb.
Müğənninin sözlərinə görə, heç bir günahı olmadan Səlim Müslümovun işinə görə istintaqa cəlb edilib: “Məni dələduzluqda ittiham edirdilər. Halbuki əlimdə sübutlarım da var idi ki, işi görən Rauf, Rüfət, Şahin və Eldəniz adlı həkimlər olub. Bildirdim ki, mənə qarşı ittihamlar yalan və böhtandır. Adını çəkdiyim həkimlər tanıdığım adamlardan pul alıblar. Mənə qarşı ittihamlar sübuta yetirilmədi. Üç il bu işin üstündə vaxtımı aldılar, çox çək-çevir etdilər, həm mənəvi, həm maddi zərər vurdular", - deyə müğənni bildirib.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib