“Taliban”dan yeni qadağa
Əfqanıstanda hakim “Taliban” hərəkatı ölkədə istənilən xarici serialın nümayişinə rəsmən qadağa qoyub.
APA TV Vesti.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə yayımçıların iclasının iştirakçısı məlumat verib.
“Taliban” mədəniyyət komissiyasının və aidiyyəti Nazirliyinin nümayəndələrinin Əfqanıstan yayımçılarının nümayəndələri ilə görüşü cümə axşamı baş tutub.
“"Taliban” açıq şəkildə bildirdi ki, dari və puştu dillərinə (Əfqanıstanda ən çox yayılmış dillər - red.) tərcümə edilmiş hər hansı xarici serialın nümayişi dayandırılmalıdır", - deyə görüş iştirakçısı məlumat verib. Onun sözlərinə görə, yeni orqanlar qadağanın pozulması halında heç bir bəhanə ilə barışmayacaqlarını qeyd ediblər.
“RİA Novosti”nin həmsöhbətinin sözlərinə görə, xarici seriallara qoyulan qadağa televiziya yayımının dayandırılmasına bərabərdir. Çünki Əfqanıstanda kino sənayesi yoxdur və xarici serialları əvəz edə biləcək bir dənə də olsun serial və ya film yoxdur.
Qeyd edək ki, Əfqanıstanda əvvəllər əsasən Hindistan və Türkiyə serialları yayımlanırdı və bu ölkələrin musiqiləri qədər məşhur idi.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ