13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

“Taliban” onun evindən 6,5 milyon dollar pul tapdı – 1 dəqiqə 10 xəbər

1. Ermənistanda ehtiyatdan toplanışa çağırılmış serjant döyüş postunda güllələnib.

 

2. İşğaldan azad edilən ərazilərdə 3 hərbi prokurorluq, Qubadlı, Kəlbəcər və Ağdam Hərbi Prokurorluğu yaradılıb.

 

3. Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan dolu düşüb.

 

4. Salyanda sosial yardım düzəltmək adı ilə dələduzluq edən şəxs tutulub

 

5. Azərbaycanda iki həftə ərzində yol qəzalarında 24 nəfər ölüb.

 

6. Oktyabrın 1-dən bir doza vaksin olunan tələbə və müəllimlər də dərsə buraxılacaq

 

7. Qubada bələdiyyənin sabiq sədr müavini həbs edilib

 

8. “Taliban” Əfqanıstanın vitse-prezidenti Əmrullah Salehin Pəncşirdəki evindən 6,5 milyon dollar pul tapıb.

 

9. İsrailin Baş naziri son on ildə ilk dəfə Misirə səfər edib.

 

10. Bu gün Çempionlar Liqasında qrup mərhələsi başlayır. Günün əsas oyunu “Barselona” “Bavariya” arasında baş tutacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın