Taksinin vurduğu qadın yolun kənarına düşdü - PİYADA ÖLÜMÜ
“Gəncədə şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə gördüyünüz bu ərazidə - Nizami prospektində qeydə alınıb. Yolu keçmək istəyən orta yaşlı qadını “VAZ 2107” markalı avtomobil vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Sürücü isə hadisə yerindən qaçıb. Daha sonra polis əməliyyatı nəticəsində saxlanılıb”.
APA TV qərb bürosunun məlumata görə, piyadanın ölümü ilə nəticələn qəzada ölən qadın Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Süsən Hüseynovadır. Zərbə o qədər güclü olub ki, qadın bir neçə metr kənara düşüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisə baş verən yoldan müntəzəm istifadə edən piyadalar burada təhlükəli hadisələrin tez-tez baş verdiyini deyir. Təhlükənin yaranması həm də piayadaların yolu təyin olunmamış yerdən keçməsi ilə bağlıdır:
Piyadanı vuran avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşul olub.
Faktla bağlı cinayyət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."