Taksi sürücüsü və sərnişin saxlanıldı
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.
Taksi fəaliyyəti ilə məşğul olan rayonun Aşağı Tala kənd sakini Elman Datayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilin sürücüsü nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücü və nəqliyyat vasitəsində olan sərnişin Aydın Ağayevdə sərxoşluq əlamətləri hiss edildiyindən onlar şöbəyə gətirilib. Hər iki şəxsə təyin edilən ekspertizanın rəyinə əsasən onların marixuana qəbul etdikləri məlum olub.
Digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan Elman Datayev və sərnişin Aydın Ağayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı