Taksi qiymətləri artacaq, tıxaclar çoxalacaq: Yeni qanun nəyi dəyişəcək? – APA TV - VİDEO
Azərbaycanda taksilərə taksometrlərin quraşdırılması məcburi olacaq. Bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında yerinə yetiriləcək. Bəs görəsən qanuna təklif edilən bu dəyişiklik taksi xidməti sahəsində nələri dəyişəcək?
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, əslində taksometrlə bağlı müddəalar çoxdan var, buna riayət edilməməsinin səbəbi isə dövlət qurumlarıdır. Ərşad Hüseynovun sözlərinə görə, taksi sahəsində islahatlar yalnız ictimai nəqliyyat inkişaf etdikdə özünü doğrulda bilər.
Ekspert düşünür ki, taksi qiymətləri artdıqca, şəxsi avtomobillərin də sayı artacaq. Bu da daha çox tıxacın yaranmasına səbəb olacaq. İqtisadçı ekspert Razi Abasbəyli isə taksilərdə taksometrlərin quraşdırılmasını düzgün hesab etmir. Ekspert “mənasız” adlandırdığı bu cihazlıarın məcburi şəkildə aldırılmasının da doğru addım olmadığını diqqətə çatdırıb. ORXAN ASLAN ARİF ƏLİYEV APA TV
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər