Tacikistan-Azərbaycan İnvestisiya Forumu keçirilib
Tacikistanın paytaxtı Düşənbədə Tacikistan-Azərbaycan İnvestisiya Forumu keçirilib. Forumda hər iki ölkədən enerji, kənd təsərrüfatı, qida sənayesi, İKT, maliyyə, turizm və əczaçılıq sahələrini təmsil edən 170-dən çox şirkət iştirak edib. Tədbidə iki ölkənin müvafiq qurumları arasında anlaşma memorandumları imzalanıb.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən İnvestisiya Forumunda çıxış edən Dövlət Komitəsinin sədri Sadyi Kodirzod iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı barədə məlumat verib, biznes strukturlarının iştirakı ilə keçirilən işgüzar tədbirlərin Azərbaycan və Tacikistan sahibkarları arasında daha sıx əlaqələrin qurulması, əməkdaşlığın səmərəliliyinin artırılması üçün önəmini vurğulayıb. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Tacikistan arasında münasibətlərin dərin tarixi və mədəni köklərə malik olduğunu, dövlət başçılarının müxtəlif formatlarda keçirdikləri görüşlərin, xalqlarımız arasındakı dostluq münasibətlərinin birgə əməkdaşlığımızın əsasını təşkil etdiyini vurğulayıb.
Tacikistana səfər çərçivəsində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda ilə görüşüb. Görüşdə ölkələrimizin ikitərəfli iqtisadi əlaqələrinə birbaşa təsir göstərən trendlər müzakirə olunub, bu müstəvidə mövcud resurslardan və imkanlardan səmərəli istifadə edilməsinin vacibliyi vurğulanıb. Tərəflər iqtisadi-ticarət əlaqələrinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib