Şuşada çəkilən məşhur fotonun sirri açıldı
Son günlər sosial şəbəkələrdə geniş yayılan və Şuşanın azad edildiyi gün çəkildiyi bildirilən foto ilə bağlı rejissor Cavidan Şərifov məlumat yayıb.
APA TV xəbər verir ki, C.Şərifov bildirib ki, həmin şəklin müəllif hüquqları fotoqraf Zaur Mirzəyevə aiddir. İdeya müəllifi isə özüdür:
“Bu şəkil kapitulyasiya aktından sonra çəkilib, 11 noyabr 2020-ci ildə. İmzalanan sənədə baxmayaraq ordu birləşmələri hər hansı təxribatın qarşısını almağa hazır vəziyyətdə idilər. Düşmən tərəfindən hər şey gözləmək olardı.
Bu şəkil Şuşa şəhərinin altında Xankəndinə gedən yolda çəkilib. Bu igidlər isə Şuşanı düşmənlərdən təmizləyən igidlərdir. Hazırda bir film üzərində iş gedir və ən qısa zamanda bu filmdə çox maraqlı və igidlik nümunəsi olan səhnələrin şahidi olacaqsınız”, - deyə məlumatda bildirilir.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar