Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.
Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.
Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR
19:45
545
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
556
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1065
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
899
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
866
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
909