“Şuşa bəyannaməsi” erməniləri dilxor eləyib
“Şuşa bəyannaməsi”nin Azərbaycan və Türkiyə prezidentləri tərəfindən ratifikasiya edilməsi Ermənistanı növbəti dəfə silkələdi.
Bu dəfə parlamentdə təmsil olunan müxalif “Hayastan” fraksiyası Paşinyan hakimiyyətini “Şuşa bəyənnaməsi”nə qarşı sakit dayanmaqda ittiham edib. Bu barədə Ermənistan mətbuatı yazıb.
Deputat Andranik Tevanyan bildirib ki, bu bəyannamə Ermənistanın varlığını təhlükə altına alır. O əlavə edib ki, rəsmi Ankaranın Ermənistanla münasibətlərin normallaşdırılması çıxışlarına inanmır və İrəvanın bu bəyannaməyə qarşı adekvat reaksiyası olmalıdır.
Tevanyan “Şuşa bəyannaməsi” ilə bağlı “Hayastan” fraksiyasının bəyanat imzalandığını və parlamentdə müzakirəyə çıxarılması üçün müraciət edəcəyini bildirib.
Deputatın söz açdığı bəyanatda isə bildirlir ki, “Şuşa bəyannaməsi” Türkiyə-Azərbaycan hərbi-siyasi birliyini “bir millət, iki dövlət” anlayışı çərçivəsində yekunlaşdırdı. Bəyanat müəllifləri “Şuşa bəyannaməsi”nin Ermənistan üçün qəbuledilməz olduğunu vurğulayırlar.
Bəzi müstəqil siyasi ekspertlər isə düşünürülər ki, müxalif fraksiyanın bu bəyanatı Paşinyan üçün heç bir önəm daşımır. Çünki bəyanatdakı fikirlər Ermənistanın faktiki durumu ilə qətiyyən üst-üstə düşmür.
Fuad Sadıqov
APA TV
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib