Şuşa, Ağdam və Füzuliyə dekabr ayına olan avtobus biletləri satışa çıxarılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər sabahsaat 16:00-da satışa çıxarılacaq.
Nazirliyin yaydığı məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər. Biletlər alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətinə isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Bu günədək ümumilikdə 432 reys həyata keçirilib, 19 min 950 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərinə səfər edib.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib