Sürücülərin bir-birinə yol verməməyi faciə ilə nəticələndi
Bakıda iki sürücünün bir-birinə yol verməməyi qətllə nəticələnib.
Trend-in məlumatına görə, hadisə bu gün gecə saatlarında paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Qənbərov Qənbər Elman oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən avtomobilin sürücüsü, Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Hacıyev Sənan Şirxan oğlu arasında mübahisə yaranıb. Mübahisə tərəflər arasında əlbəyaxa davaya səbəb olub. Nəticədə S.Hacıyev üzərində gəzdirdiyi bıçaqla Q.Qənbərova bədəninin müxtəlif hissələrindən bir neçə bıçaq zərbəsi endirib.
Yaralı ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Q.Qənbərov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən S.Hacıyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib