Sürücülərdən biri öldü, digəri şikəst qaldı - İKİ “KAMAZ” TOQQUŞUB
Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza Hacıqabul-Bəhrəmtəpə magistralının 20-ci kilometrliyində, Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində qeydə alınıb.
Sabirabad rayonunun Qaralar kənd sakini, 1985-ci il təvəllüdlü Səmidov Qədir Mirfazil oğlunun idarə etdiyi mişar daşı ilə yüklənmiş “KamAZ” markalı 54 AC 552 dövlət nömrə nişanlı avtomobillə Ağcabədi rayonunun Hindarx kənd sakini, 1970-ci il təvəllüdlü Həmidov İlyas Məşğul oğlunun idarə etdiyi çınqıl yüklənmiş, 04 BP 038 dövlət nömrə nişanlı eyni markalı maşın toqquşub. Sabirabad rayon sakini olan sürücü Şirvan şəhər xəstəxanasına çatdırıldıqdan bir-neçə dəqiqə sonra dünyasını dəyişib. Ağcabədi sakini olan sürücü isə ağır vəziyyətdə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun ayaq barmağı amputasiya olunub. Qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."