Sürücülər bu yolda çətinliklə üzləşdi - yol buz bağlayıb
Qarlı hava Göygöl rayonunda çətinliklərə səbəb olub. Yollarda avtomobillərin hərəkətində çətinliklər yaradıb. Qarlı şaxtalı hava əsasən rayonun dağ kəndlərinə gediş-gəlişi də çətinləşdirib.
Rayonun dağ kəndlərdə qarın hündürlüyü 10+15 santimetrdən çox olub. Nəticədə bəzi yolların buz bağlaması sürücülərin yollarda çətin vəziyyətlərə qalmalarına səbəb olub. Sürücülər hava şəraitini nəzərə alaraq bəzi yerlərdə daha aşağı sürətlə hərəkət edirlər.
Hazırda aidiyyəti qurumlar yollarda qum səpmə və qardan təmizləmə işləri aparır, əraziyə texnikalar cəlb olunub. Qarın fəsadlarını aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda gecə saatlarında yol buz bağlayıb.
Qeyd edək ki, hazırda sözü gedən rayonlarda şaxtalı hava müşahidə olunur.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb