Sürücü yoldan keçən piyadanı vuraraq öldürdü - GÖYÇAYDA
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gecə saat 23:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpünün yanında qeydə alınıb.
Sürücü İbrahim Bəşirov idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, rayon sakini, 1971-ci il təvəllüdlü Yusifov Vüqar Rəşid oğlunu vurub.
O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
1561
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1563
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1616
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1391
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1973
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2001