Sürücü qadın sərxoş vəziyyətdə saxlanıldı - ƏMRƏ TABE OLMADI
Bakıda avtomobili sərxoş halda idarə edən xanım sürücü polis əməkdaşlarının işinə maneə yaradıb.
APA xəbər verir ki, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımının əməkdaşları 90-TP-702 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobilin sürücüsünə "Saxla" əmri verib.
Lakin avtomobili idarə edən xanım sürücü əmrə tabe olmayıb. Daha sonra o, polislər tərəfindən saxlanılıb. Sürücünün sükan arxasında sərxoş vəziyyətdə olduğu şübhələri yarandığından onu müvafiq məntəqəyə dəvət ediblər. O, Yol Patrul Xidmətinin əməkdaşlarının iradı ilə razılaşmayıb və ictimai asayişi pozmağa çalışıb. Sürücü sonda Alkoqol Sərxoşluğunun yoxlanılma məntəqəsinə dəvət olunsa da, o, sərxoş olmadığını iddia edib və avtomobili idarə edərək ərazidən uzaqlaşmaq istəyib. Sürücünün bu istəyinin qarşısı alınıb və məntəqəyə aparılıb.
Ekspertin müvafiq rəyinə əsasən, məlum olub ki, sürücü nəqliyyat vasitəsini sərxoş halda idarə edib. Xanım sürücü inzibati məsuliyyətə cəlb edilib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."