Suraxanıda narkotik satan keçmiş məhkumlar yaxalandı
Paytaxtın Suraxanı rayonunda narkotik satan şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Polis İdarəsinə Əmircan qəsəbəsində 2 nəfərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxslər, qəsəbə sakinləri əvvəllər məhkum olunmuş Aqil Məmmədov və Rəşad Abdullayev saxlanılıb.
Onların üzərinə baxış zamanı Aqil Məmmədovdan 37, Rəşad Abdullayevdən isə 38 qram heroin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı bu şəxslərin Əmircan və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduqları məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
17:21
1183
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1228
Növbəti köç karvanları yola salınıb
13:38
1237
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
955
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1086
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2994