Suraxanıda 1 qaşıq su tapılmır: “Kondisionerin suyu ilə paltar yuyuram”
Suraxanı rayon sakinləri 1 həftəyə yaxındır yayın qızmar günlərini susuz keçirmək məcburiyyətində qalıblar. Vətəndaşlar deyir ki, günlərdir davam edən problemin həll olunması üçün dəfələrlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə müraciət etsələr də, qurum tərəfindən heç bir tədbir görülməyib. Çəkiliş apardığımız zaman Suraxanı Rayon Su-kanal İdarəsinin əməkdaşları əraziyə gəldilər. Sakinlər tərəfindən heç də xoş qarşılanmayan “Azərsu” işçiləri vətəndaşlarla üz-üzə qaldılar. Məsələ ilə bağlı Suraxanı Rayon Su-kanal İdarəsinin baş mühəndisi Mehman Həşimov bildirdi ki, günlərdir yaşanan su qıtlığının səbəbi magistral xətdəki problemdir. Vətəndaşlar həmçinin bildirir ki, aidiyyatı qurumlar bir neçə dəfə əraziyə su maşınları göndərsələr də, bununla tələbatı ödəmək mümkün deyil. İndi su üzünə həsrət qalan sakinlər vedrələrlə su daşıyıb, günlərini keçirməli olurlar. Bu problemlə ilk dəfə rastlaşmadıqlarını deyən vətəndaşlar cana doyduqlarını deyir, atıq problemin kökündən həll edilməsini istəyirlər. LƏMAN SALEHOVA HƏZRƏT BAYRAMLI APAT
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi