Suraxanı polisi 50 aztəminatlı ailəyə Ramazan ayına görə yardım edib
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları Hövsanda xüsusi karantin rejimi dövründə maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə müqəddəs Ramazan ayının gəlməsi münasibəti ilə yardım ediblər.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşları ümumilikdə 50 ailəyə baş çəkib müxtəlif ərzaq məhsullarından və gigiyenik vasitələrdən ibarət bağlamaları onlara təqdim ediblər.
Bu tipli xeyriyyə aksiyaları Ramazan ayı boyunca mütəmadi olaraq davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
16:28
317
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
421
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2447
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2290
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2281
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1469