“SUNGUR” Silah Sisteminin ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib
Türkiyə Müdafiə Sənayesinin sədri İsmail Dəmir pilotsuz uçuş aparatları (PUA), reaktiv və helikopterlərə qarşı təsirli olan SUNGUR Silah Sisteminin ilk partiyasını Türkiyə Silahlı Qüvvələrinə (TSK) çatdırdıqlarını bildirib.
APA xəbər verir ki, İsmail Dəmir bu barədə Twitter hesabındakı paylaşım edib. Hava hücumundan müdafiə raket sistemi SUNGUR-un platformalardan sonra tək bir əsgərin çiynindən atıla bilinən versiyası əsgərlərin xidmətinə verilib.
Dəmir yazıb:
"İHA, reaktiv və helikopterlərə qarşı təsirli olan SUNGUR Silah Sisteminin ilk partiyasını Türkiyə Silahlı Qüvvələrinə təhvil verdik. Uğurlar. SUNGUR Silah Sistemi həmkarlarına nisbətən düşmən elementlərini gözün görə biləcəyindən daha uzun məsafədən silahlara bağlanma fürsəti təqdim edir. O, əks tədbirlərə davamlı olan Görüntüləmə İnfraqırmızı Axtarıcı Başlığı ilə seçilir. Bu sistemin dizaynında, inkişafında və istehsalında əməyi olan hər kəsi təbrik edirəm".
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi