Sumqayıtdan Türkiyəyə növbəti yardım göndərilir
Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyası davam edir.
Sumqayıt şəhəri də bu kampaniyada fəal iştirak edir. Şəhərin müxtəlif ərazilərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən Sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər, böyük fəallıq müşahidə edilir.
İnsanların müvəqqəti yaşaması üçün 22 ədəd konteyner evlərin zəlzələdən zərər çəkmiş bölgələrə göndərilməsi nəzərdə tutulur.
Bu gün həmin konteyner evlərdən ilkin olaraq 4 ədədi, 230 min AZN dəyərində olan, 16 tona yaxın, humanitar yardım Sumqayıtdan birbaşa Türkiyəyə yola salınır. Sumqayıt şəhərində hazırda da humanitar yardım kompaniyası davam edir.
Qeyd edək ki, qarşıdakı günlərdə Sumqayıt şəhərindən 500 min manata yaxın, ümumi çəkisi 75 ton olan 11 TIR humanitar yardımın göndərilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib