Sumqayıtda yol qəzasında 4 nəfər xəsarət alıb
Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA Tv-nin yerli bürosunu məlumatına görə, şəhərin Sülh prospektində “VAZ 21011” markalı avtomobil yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ 21011” markalı avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü Hümbətov Nicat Yaqub oğlu və onun sərnişinləri - 1993-cü il təvəllüdlü Vəliyev Nahid Muxtar oğlu, 1981-ci il təvəllüdlü Hümbətova Tünzalə Vahab qızı və 2010-u il təvəllüdlü Əliyli Hüseyn Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
245
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
244
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
232
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
288
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
284
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
290