Sumqayıtda yol qəzasında 3 nəfər xəsarət alıb
Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA Tv-nin yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh prospektində, şəhərin əsas giriş hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilə onun arxasınca gələn digər “Mercedes” markalı avtomobil çırpılıb. Zərbənin gücündən avtomobil işıq dirəyini aşıraraq yolun digər hissəsinə keçib. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Bir müddət avtomobil yolunda tıxac yaranıb. Yol polisinin müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir neçə gün bundan öncə isə həmin yolda 1 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
OXŞAR XƏBƏRLƏR
19:48
611
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
605
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
619
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
329
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
324
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
333