Sumqayıtda yataqxanadan iki nəfərin meyiti tapıldı
Sumqayıt şəhərinin 18-ci məhəlləsindəki yataqxanaların birində mənzildən 2 meyit tapılıb.
APA TV xəbər verir ki, 2 saylı yataqxananın 100-cü mənzilində aşkarlanan şəxslərin içki məclisindən sonra öldüyü məlum olub.
Ehtimal olunur ki, həmin şəxslər yeyib-içdikdən sonra ehtiyatsızlıqdan mənzildə kiçik yanğın törədiblər və bu zaman yaranan tüstüdən boğularaq ölüblər. Meyitlərə keçirilən baxış zamanı onların çürüdüyü aşkarlanıb. Hadisənin 5 gün əvvəl baş verdiyi bildirilir.
Ölənlərdən birinin şəxsiyyəti də məlum olub. Bu, 1964-cü il təvəllüdlü Şıxıyev Abil Murtuz oğludur. Digər şəxsin kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
390
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
290
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
288
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
793
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
762
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
779