Sumqayıtda yataqxanada partlayış olub, xəsarət alan var
Sumqayıt şəhərində güclü partlayış olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. Mənzillərdən birinin hamam otağında qeydə alınan hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.
Ağır yanıq xəsarətləri alan Emral Xasiyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal Bakı şəhər 5 saylı Yanıq Mərkəzinə göndərilib.
Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 22-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxana 60 il əvvəl tikilib.
Hazırda həmin qəzalı vəziyyətdə olan yataqxanada 210 sakin yaşayır.
OXŞAR XƏBƏRLƏR
19:45
1049
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1078
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1519
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
961
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
926
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
959