Sumqayıtda yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, şəhər ərazisində qurulmuş karantin postlarının birində “Nissan Sunny” markalı avtomobil saxlanılıb.
Araşdırma nəticəsində avtomobili idarə edən Bakı şəhər Səbail rayonunda qeydiyyatda olan və hazırda Sumqayıt şəhər Novxanı bağlarında yaşayan 41 yaşlı Seymur Nuriyevin aktiv koronavirus xəstəsi olduğu məlum olub.
COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılaraq, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı diqqətinə çatdırılıb.
Polis əməkdaşları tərəfindən əraziyə tibbi briqada dəvət olunub və həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?