Sumqayıtda şok olay: müəllim şagirdin saçını qırxdı
Bu videoda gördüyünüz hadisə Sumqayıt şəhər 29 saylı məktəbində baş verib. Fizika müəllimi 9-cu sinif şagirdinə fiziki təzyiq göstərib, onun başına vura-vura saçını qırxıb. İddia olunur ki, hadisə şagird dərsə “səliqəsiz” saçla gəldiyinə görə baş verib.
APA TV-nin əməkdaşları adı çəkilən məktəbdə olub. Məktəbi şəxsi bərbərxanaları ilə səhv salan şəxslər bizi məktəbə buraxmadığından nə şagirdlə, nə də hadisəni törədən müəllimlə görüşə bildik.
Şagirdlərin bildirdiyinə görə saçının forması ilə bağlı həmin şagirdə müəllim tərəfindən dəfələrlə xəbərdarlıq edilib.
Şagirdin saçının qırxılması ilə bağlı müəllim və direktor Abşeron Xızı Regional Təhsil İdarəsinə çağırılıb.
Artıq faktla bağlı şagirdin valideynləri tərəfindən polisə də məlumat verilib.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib