Sumqayıtda sərxoş şəxs qardaşını bıçaqladı
Sumqayıtda sərxoş şəxs qardaşını bıçaqlayıb, qardaşı oğluna isə xəsarət yetirib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Eyni həyətdə yaşayan qardaşlar arasında yaranan mübahisə qanla nəticələnib. Belə ki, sərxoş vəziyyətdə olan 50 yaşlı Nəcəf Şirinov qardaşı, 1957-ci il təvəllüdlü Zakir Şirinova bıçaqla hücum edərək, əvvəlcə sağ qoluna, sonra isə sinə nahiyəsinə xəsarət yetirib. Daha sonra o, bıçağın tiyəsi ilə qardaşı oğlunun göz nahiyəsinə zərbə endirib.
Xəsarət alan ata və oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Nəcəf Şirinov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
507
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
505
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
524
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1279
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1867
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1878