Sumqayıtda piyadanı vurub öldürən sürücü qaçdı

 

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin xəbərinə görə, hadisə Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsinə doğru gedən hissəsində qeydə alınıb.

 

Magistral yolu keçmək istəyən piyadanı avtomobil vurub. Nəticədə piyada hadisə yerində ölüb. Araşdırma zamanı ölən şəxsin 42 yaşlı Ramil Niftəliyev olduğu müəyyən edilib. Sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR