Sumqayıtda karantin qaydalarını pozan sürücülər cəzalandırılıb
Paytaxt Bakı ilə yanaşı Sumqayıt şəhərində də polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirir.
APA TV-nin yerli bürosnun xəbərinə görə, Sumqayıt Şəhər Polis İdarəsi, Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları , eləcə də Daxili Qoşunların Hərbi qulluqçuları tərəfindən şəhərin müxtəlif istiqamətlərində Sms icazəsi olmayan sürücülərə qarşı reyd təşkil edilib.
Karantin postlarında eləcədə şəhərin nəzərdə tutulan ərazilərində keçirilən Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Həmçinin taksilərdə sərnişinlərlə sürücülər arasında quraşdırılmalı olan şəffaf arakəsmələrdən istifadə etməyən şəxslər də cərimə ediliblər.
Tədbirlər çərçivəsində Polis darəsi əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə fərdi profilaktik sohhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib. Mobil qruplar tərəfindən bir daha vətəndaşlardan xahiş olunur ki, koronovirusun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?