Sumqayıtda karantin qaydalarına əməl etməyənlərə qarşı reyd keçirildi
Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Sumqayıt Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
APA TV-nin məlumatına görə, marşrut avtobuslarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar. Reyd zamanı maskadan istifadə etməyən 23 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.
Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək və təsdiq edilmiş sanitar-karantin qaydalarına əməl etməyən şəxslər barəsində sərt intizam tədbirləri görüləcəkdir.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"