Sumqayıtda karantin dövründə qaydaları pozanların sayı açıqlanıb
Sumqayıtda xüsusi karantin rejimi qaydalarını pozanların sayı açıqlanıb.
APA TV xəbər verir ki, xüsusi karantin rejimi tətbiq olunandan bu günədək Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən şəhər ərazisində keçirilən nəzarət tədbirləri nəticəsində 12 nəfər şəhər sakini inzibati qaydada həbs olunub.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində gücləndirilmiş iş rejimində çalışan polis əməkdaşları ötən müddət ərzində 2321 şəxs barəsində inzibati protokol tərtib edərək onları cərimələyiblər. Bu protokollardan 1243-ü sahə rəisləri tərəfindən, 1078-i isə Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunub.
Qeyd edək ki, bu müddət ərzində Sumqayıt Polis İdarəsi tərəfindən vətəndaşlara tibbi maskalar da paylanılıb.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı