Sumqayıtda avtoxuliqanlıq edən avtobus sürücüsü saxlanılıb
Sumqayıtda avtobus sürücüsü yol polisinin “Saxla” əmrinə tabe olmayıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, YPX əməkdaşları tərəfindən avtobus sürücüsünə “Saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb və hərəkəti davam etdirib. Yüksək sürətlə şəhərin yolları ilə şütüyən avtobusu saxlamaq üçün Sumqayıt Dövlət Yol Polisi əməkdaşları maneə yaradaraq istəklərinə müvəffəq olublar.
Avtobusu idarə edən 1977-ci il təvəllüdlü Quluyev Ceyhun Ələmqulu oğlu saxlanılaraq məsuliyyətə cəlb edilib. İlkin ehtimala görə, sürücü sərxoş olub, avtobusun isə Bakı Nəqliyyat Agentliyinə məxsus olduğu bildirilir.
Hazırda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:54
1751
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
1734
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2863
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1564
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1986
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1156