Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
Sumqayıtda 32 yaşlı kişi qətlə yetirilib.
APA TV-nin məlumatına görə, hadisə axşam saatlarında şəhərin 17-ci mikrorayonunda Sumqayıt Olimpiya İdman Kompleksinin yaxınlığında baş verib.
Belə ki, oradan keçən avtomobil yolunda 1988-ci il təvəllüdlü İsmayılov Elgün Elşən oğlunun idarə etdiyi nəqliyyat vasitəsini naməlum şəxs saxladaraq onunla mübahisə edib. Tərəflər arasında düşən mübahisə qanla nəticələnib. Belə ki, 32 yaşlı Elgün İsmayılovun başına küt alətlə zərbə endirilib və o aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
553
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
551
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
573
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1285
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1873
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1885