Sumqayıtda 130 ailənin yaşadığı yataqxana qəzalı vəziyyətdədir
Sumqayıtda 42-ci məhəllədə yerləşən 16 saylı yataqxananın sakinləri çətin vəziyyətdədir. Sakinlər yataqxananın qəzalı vəziyyətdə olması ilə bağlı qərar verildiyini, lakin aidiyyəti qurumların onlarla maraqlanmadığını iddia edir. Qəzalı vəziyyətdə olan 110 mənzillik yataqxanada 130 ailə yaşayır. Vətəndaşlar bildirir ki, dəfələrlə icra hakimiyyətində də olublar, amma heç bir nəticə əldə edə bilməyiblər. Mövcud problemlə bağlı şəhər icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Sumqayıt şəhərində bütün yataqxanaların köçürülməsi ilə əlaqəli tədbirlər planı hazırlanır: “Mərhələli şəkildə, qəzalı vəziyyətdə olan yataqxanalardan başlayaraq bütün sakinlər köçürüləcək. Müddətlə bağlı dəqiq söz demək hələ tezdir, çünki köçürülmə işlərinə plan hazır olduqdan sonra başlanılacaq” - deyə, açıqlamada qeyd edilib.
Xədicə Səxavət,
Əli Əliyev
APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi