Sumqayıt sakini baldızını bıçaqladı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Qəsəbə ərazisində 34 yaşlı Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı xəsarətlər yetirilməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini, 32 yaşlı Anar Əlizadənin baldızı Ramilə Quliyevaya hazırda istintaqa məlum olmayan kəsici-deşici alətlə aralarında yaranmış mübahisə zamanı xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Dərhal fakt əsasında Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi