Sülhməramlılar jurnalistləri öz torpağımıza BURAXMADI
Rusiya sülhməramlıları Azərbaycan mediasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Xocalıda Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə danışıqları işıqlandırmasına imkan verməyib.
APA-nın Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, sülhməramlıların komandanı, general-mayor Andrey Volkov mətbuatın müzakirələri işıqlandırmasının qarşısını alıb.
Komandanlarından müvafiq əmr alan sülhməramlı hərbçilər Azərbaycan jurnalistlərinin monitorinq qrupu ilə birlikdə Şuşadan Xocalıya yola düşməsinə imkan verməyiblər.
APA-nın əməkdaşlarının da aralarında olduğu media nümayəndələri sülhməramlıların postunu piyada keçərək Xankəndi istiqamətində bir qədər irəliləməyə nail olsalar da, Rusiya hərbçiləri əlavə qüvvə cəlb edərək, jurnalistlərin qarşısını kəsib, geri qaytarıblar.
Onlar bu hərəkətlərini heç bir formada əsaslandırmayıblar.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib