Sülhməramlılar hər maşına 10 min alır
Ermənistan mediası növbəti dəfə Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhmərmalı Kontingentini sərt şəkildə tənqid edib. AzVision.az-ın məlumatına görə, bəzi saytlar sülhməramlıların artıq Qarabağ erməniləri ilə açıq bazar qurduqlarını yazırlar.
Məsələn, "Hraparak" nəşrində dərc olunan məqalədə yazılır ki, “Laçın dəhlizi ilə bağlı məlum problem nə qədər uzunmüddətli olarsa, Rusiya sülhməramlılarının yerli ermənilərin hesabına qazanc əldə etmək istəyi bir o qədər çoxalır".
"Qarabağdakı mənbələrimizdən əldə etdiyimiz məlumatlara görə, sülhməramlılar Qarabağda ərzaq və ya digər zəruri mallar daşıyan hər bir iri yük avtomobili üçün təxminən 10 min dollar və ya 4 milyon dram almağa başlayıblar. Halbuki bu rəqəm əvvəllər 1000-2000 dollar olub", - müəllif yazıb.
Maraqlıdır ki, məqalədə sülhməramlıların son vaxtlar Ermənistan hökuməti ilə əldə olunmuş razılaşmaları da pozduğu yazılıb. Qeyd edilir ki, 10 maşının daşınmasına dair müqavilələr olsa da,(Çox güman günlük-red.) hökumət yalnız 8 maşını "alır".
"Belə çıxır ki, daşınan iki yük avtomobili sülhməramlıların şəxsi məsələlərinə çevrilib, bundan qazanc əldə edirlər”, - Hraparak yazıb.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib