Sülhməramlılar erməni deputat və jurnalistləri Qarabağa buraxmadılar
Son günlər Ermənistan media nümayəndələrinin Qondarma Dağlıq Qarabağa girişi əraziyə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları tərəfindən əngəllənir. APA TV xəbər verir ki, Ermənistanın “Hraparaq” qəzetinin yazdığına görə, Paşinyan hakimiyyəti rusiyalı sülhməramlılara Qarabağa giriş icazəsi üçün xüsusi siyahı verib. Qəzet yazır ki, buna səbəb Fərrux hadisələri zamanı Ermənistandakı müxalif deputatların bölgəyə gələrək təxribat törətmək istəkləri olub. Sitat: “Ermənistan hakimiyyəti Fərrux hadisələri zamanı, müxalif deputatların siyahısını Rusiya sülhməramlılarına verib. Onlar hökumət üçün “arzuolunmaz qonaqlar” sayılırlar. Səbəb kimi isə onların bölgədə təxribat törədə biləcəkləri göstərilir”. Sitatın sonu Xatırladaq ki, bir neçə gün əvvəl də başqa bir jurnalist Jirayr Voskanyannın Qarabağa girişinə Rusiya sülhməramlılar icazə verməmişdi.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."