Sülhməramlılar aksiya keçirilən ərazidə modul kazarmalar quraşdırır
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Laçın yolunda aksiyası davam edir.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçılarının qarşısını kəsən Rusiya sülhməramlıları aksiya keçirilən ərazidə modul tipli kazarmalar quraşdırmağa başlayıb.
Onlar dünəndən əraziyə gətirilmiş konteynerləri yük maşınından boşaldaraq, yolda quraşdırırlar.
Bundan belə qənaətə gəlmək olar ki, sülhməramlıların komandanı Andrey Volkov hadisə yerinə gəlib, aksiya iştirakçılarının suallarını cavablandırmaq niyyətində deyil.
Qeyd edək ki, aksiya iştirakçıları faydalı qazıntı yataqlarının qanunsuz talanmasını dayandırmağı, Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gələrək, onların tələblərini dinləməsini tələb edirlər.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib