Sükan arxasında yatıb qəzaya səbəb oldu
Sabirabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaragüney kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Səhər saatlarında baş verən qəzada Füzuli rayon sakini, 1983-cü il təvəllüdlü Eldəniz Kərimovun idarə etdiyi “Toyota” markalı avtomobillə 1988-ci il təvəllüdlü İbişov Rabil Nadir oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Tayota” markalı avtomobilin sürcüsü hadisə yerində ölüb. Digər sürücü isə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Avtoqəzanın baş verməsinə sürücülərdən birinin sükan arxasında yuxulaması səbəb olub.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
ƏLİBƏY ZEYNALLI, APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi