Su xətləri dağıldı, üç körpünü sel apardı - ŞƏKİDƏ DAŞQIN FƏSADLARA YOL AÇIB
Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib. APA TV-nin məlumatına görə, ötən gün axşam saatlarında Şəki rayonu ərazisində güclü küləklə müşahidə olunan leysan yağıb. Leysan yağışları əsasən rayonun ucqar Baş Küncüt kəndi ərazisində fəsadlara səbəb olub. Belə ki, dağlara yağan leysan yağışı kənd ərazisindən axan Qara çayda daşqın əmələ gətirib. Nəticədə daxili yollar yararsız hala düşüb, elektrik və qaz təsərrüfatına ziyan dəyib. Kənd ərazisindəki üç körpünü də sel suları dağıdıb. Leysan yağışları sakinlərin içməli su xətlərini dağıtmaqla yanaşı fərdi təsərrüfatlarda xüsusən bostan-tərəvəz sahələrini su altında qoyub. Qeyd edək ki, səhər saatlarından etibarən, yerli qurumlar kənddə leysan yağışların yaratdığı fəsadların aradan qaldırılması ilə məşğuldur. Sözügedən əraziyə rayon suvarma sistemləri və yol istismar idarələrinin texnikaları kəndə cəlb olunub. Müvafiq qurumlar ərazidə elektrik enerjisi və mavi yanacağın bərpası istiqamətində iş aparır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi