Su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində quraşdırılan mexaniki su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini, əvvəllər məhkum olunmuş, Əjdər Babazadə vətəndaşlara məxsus 13 ədəd su sayğacını oğurlayaraq ümumilikdə 520 manat maddi ziyan vurub.
Əjdər Babazadə maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
21:57
140
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
21:51
158
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
21:44
161
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
16:29
1127
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
1138
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1684