Su nasosu oğruları tutuldu
Son bir neçə ay ərzində Gəncə şəhər Baş Polis İdarəsinə və onun tabeli qurumlarına müxtəlif ərazilərdə su nasoslarının, eləcə də digər su qurğularının oğurlanması barədə çoxsaylı müraciətlər daxil olub. Şikayətlər əsasında axtarışlara başlayan polis əməkdaşları su qurğuları oğurlamqda şübhəli bilinən şəhər sakini Məmmədhəsən Həsənovu saxlayıb.
APA TV xəbər verir ki, onun oğurluq yolla əldə etdiyi bir neçə su qurğusu isə maddi sübut kimi götürülüb.
Digər bir əməliyyat axtarış tədbirləri nəticəsində su qurğusu oğurlaqda şübhəli bilinən şəhər sakini Elnur Axundov saxlanılıb. Ondan isə suyun təzyiqini tənzimləyən cihaz aşkar edilərək götürülüb. Polis rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəhər sakinləri əvvəllər məhkum olunan Kərim Məmmədov və Zorxan Rzayevi də saxlamağamüvəffəq olub.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. Onların oxşar cinayətlər törədib-törətmədikləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi