Spirtli içki istehsal olunan zavod yandı - GÖYÇAYDA
Göyçayda spirtli içki istehsal olunan müəssisədə yanğın baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Yalman kəndində qeydə alınıb. Köhnə konyak zavodunun yerində fəaliyyət göstərən müəssisədə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 465 kvadratmetr olan zavodun məhsul saxlama anbarının 300 kvadratmetrlik tavanı və spirt istehsalı sexinin 50 kvadratmetrlik çardağı yanıb. Yanğının səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:50
939
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
999
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
948
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
981
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
984
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
983