Spiker: “Hərbçilərin problemlərinin həlli daim diqqət mərkəzində olacaq”
“Prezidentin də qeyd etdiyi kimi, Qarabağda qələbəni qazanan texniki vasitələr deyil, Azərbaycanın əsgər və zabitləridir”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması ölkədə həyata keçirilən siyasətin əsas prioritetini təşkil edir: “Hərbi qulluqçulara müddətli əlavələrin təyin edilməsi ilə bağlı qərar verildi. Biz hamımız yaxşı bilirik ki, bu qərar zaman tələb edən prosesin nəticəsində qəbul olunub. Hərbi qulluqçular daim dövlətin qayğısı ilə əhatə olunub. Onların problemlərinin həlli hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin rəhbərliyinin diqqət mərkəzində olacaq”.
OXŞAR XƏBƏRLƏR
13:54
963
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
960
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2105
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1487
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1910
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1078