SPA mərkəzinin rəhbərini niyə həbs etdilər? - GİZLİ ŞƏKİLDƏ...
Gəncədə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində Fitnes və SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb.
Şöbəyə gətirilən qaydanı pozan obyekt işçiləri və müştəriləri ilə profilaktik söhbətlər aparılıb. SPA Mərkəzində masaj xidmətləri göstərən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək 400 manat cərimə edilib. Obyetkin adminstratoru barəsində isə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elnur Nəbiyev 15 sutka həbs edilib.
Baş İdarə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv olan şəhər sakinləri Şahmar Həsənovun və Cəsur Hüseynovun qaydaları kobud şəkildə pozduqları aşkarlanıb. Ev şəraitində müalicə almalı olduqları halda şəhər ərazisində saxlanılan hər iki şəxs müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndəriliblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib