Şotlandların mütəqilliklə bağlı tələbi rədd edildi – BORİS CONSON TƏRƏFİNDƏN
Britaniya Şotlandiyanın müstəqilliklə bağlı referendum tələbini yenidən rədd edib.
APA Tv xəbər verir ki, Boris Conson Şotlandiya Baş naziri Nikola Störjenin müstəqilliklə bağlı referendum tələbini rədd edib.
Boris Conson tərəfindən N.Störjenə ünvanlanan məktubda qeyd edilib ki, müstəqillik referendumu səbəbindən Şotlandiyanın son on ildəki siyasi durğunluğu davam edəcək, bu da öz növbəsində təhsil, səhiyyə və iş yerlərində mənfi nəticələrə gətirib çıxaracaq.
Qeyd edək ki, 2014-cü ilin 18 sentyabrında Şotlandiyada keçirilmiş referendumda şotlandların Böyük Britaniyanın tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib və 55,3 faiz seçici Şotlandiyanın Büyük Britaniyanın tərkibində qalmasına səs verib.
OXŞAR XƏBƏRLƏR
17:47
111
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub və sakinlərlə görüşüb
17:21
166
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
164
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
778
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
747
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
762